OPEC neft hasilatının azaldılması üzrə sazişə 82 faiz əməl edib

13.09.2017 16:05

Avqustda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişə 82 faiz əməl edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Hesabata görə, avqustda OPEC-in xam neft istehsalı əvvəlki aya görə gündəlik 210 min barrel azalaraq 32 milyon 670 min barrelə enib. Beləliklə də, OPEC-in neft hasilatı son 5 ayda ilk dəfə azalıb. Bununla da OPEC hasilatın azaldılması üzrə saziş üzrə öhdəliyə əməl etmə səviyyəsini iyuldakı 75 faizdən 82 faizə yüksəldib.

OPEC üzrə neft hasilatının ən çox azalması Liviyada baş verib. Belə ki, Liviyada istehsal gündəlik 140 min barrel azalıb. OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı isə 30 min barrel azalıb. Keçən ay Nigeriya, Anqola və İranda isə neft istehsalı artıb.

© xezerxeber.az


101 dəfə oxunub

ÇOX OXUNANLAR