Türkiyədə dolların məzənnəsi 9 aylıq minimuma endi

11.09.2017 18:08

Türkiyədə bu gün ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi son 9 ayda ilk dəfə olaraq 3,40 lirə səviyyəsindən aşağı düşüb.

Buna Türkiyənin bu ilin II rübündə 5,1% iqtisadi artım əldə etməsi xəbəri səbəb olub.

Qeyd edək ki, sentyabrın 14-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi barədə qərarını açıqlayacaq.

Faizlərdə dəyişikliyin baş verməsi gözlənilmir. Bu səbəbdən dolların məzənnəsinin 3,35 TRY/USD səviyyəsinə qədər geriləməsi ehtimal edilir./Report

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR