Çin bitkoinlə ticarətə qadağa qoymağa hazırlaşır

11.09.2017 14:34

Çin hökumətinin ölkədə kriptovalyuta birjalarını bağlaması barədə xəbərlərin yayılması bitkoinin 15,2% ucuzlaşmasına səbəb olub. "Forexpf.ru” saytına istinadən, bu, artıq Çin tərəfindən 150 mlrd. dollarlıq kriptovalyuta bazarına ikinci zərbədir. Belə ki, ötən həftə Çin hökuməti rəqəmsal valyutaların ölkədə ilkin emissiyasını (ICO) qadağan edib və həmin günbitkoin 19%-dən çox ucuzlaşıb.

Çinin "Caixin” xəbər agentliyinin anonim mənbələrdən aldığı məlumatına görə, internet-maliyyə sahəsində risklərlə mübarizə işçi qrupu ölkədə bütün kriptovalyuta birjalarını bağlamağa hazırlaşır. Ölkədə fəaliyyət göstərən "Huobi” və "Okcoin” kimi şirkətlərin nümayəndələri isə hələ ki, rəsmi bir xəbərdarlıq almadıqlarını bildirib.

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR