Azərbaycan şirkətlərinə xidmət göstərən qeyri-rezidentlər vergiyə cəlb edilirlər

11.09.2017 12:00

Xarici şirkət Azərbaycanda fəaliyyət göstərən şirkətlərə hüquqi və ya digər sahələrdə xidmət göstərmək istəyərsə, qeydiyyatdan keçməli və vergi uçotuna dayanmalıdırmı?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir.

Qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer daimi nümayəndəlik hesab olunur.

Odur ki, qeyri-rezidentlər həmin fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirməli, müvafiq qaydada vergi uçotuna dayanaraq seçdikləri vergitutma sisteminə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərini bəyan edərək ödəməlidirlər.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR