Rusiya dollara “müharibə” elan edir

07.08.2017 17:51

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq.

Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O əlavə edib ki, buna zərurət var.

Xatırladaq ki, ABŞ Konqresi iki həftə əvvəl Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sənəd artıq prezident Donald Tramp tərəfindən imzalanıb. Məhdudiyyətlərin yeni paketi 2014-cü ilin əvvəlindən sonra ən genişmiqyaslı olub. Sənəd əsasən Rusiyanın energetika sektorunu hədəf alır.

Moskva ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-nə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-nə qədər Rusiyanı tərk etməlidir./publika.az

© xezerxeber.az


266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR