Azərbaycanda yonca əkənlərə pul veriləcək

05.08.2017 10:38

Baş nazir Artur Rasizadə "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na dəyişiklik edib.

Dəyişikliyə görə, qaydalarda "pambıq və tütün” sözləri "pambıq, tütün və şəkər çuğunduru” sözləri ilə əvəz edilib. Bundan əlavə dəyişikliyə əsasən "becərilən bitkilər” sütununda "şəkər çuğunduru” sözləri "yonca” sözü ilə əvəz edilib. Yəni həmin qaydalarla təsdiq edilmiş əlavəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi şəkər çuğunduru və yonca əkini ilə məşğul olan şəxslərə şamil olacaq. Onlara hər il 50 manat yardım verilməsi nəzərdə tutulur.

© xezerxeber.az


295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR