Naxçıvanın büdcə gəlirləri artıb

04.08.2017 10:08

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2017-ci ilin birinci yarısında 31 milyon 631 min 900 manat proqnoza qarşı 34 milyon 907 min manat və ya 110,4 faiz icra olunub, 3 milyon 275 min 100 manat məbləğində büdcəyə əlavə vəsait daxil olub.

XəzərXəbər-in məlumatına görə, cari ilin ilk altı ayında NMR-nın dövlət büdcəsinin gəlirlərinin 84,3 faizi və ya 29 milyon 427 min manatı Vergilər Nazirliyi, 8,8 faizi və ya 3 milyon 84 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4 faizi və ya 1 milyon 377 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,9 faizi və ya 1 milyon 19 min manatı isə vergi olmayan sair daxilolmalar hesabına olub.

Qeyd olunub ki, 2017-ci ilin birinci yarımilində aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 207 min 725 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR