Daha bir bank "MİDA" ilə əməkdaşlıq edəcək

02.08.2017 11:10

"MİDA” MMC ilə əməkdaşlığa başlayan növbəti kredit təşkilatı "Bank BTB” olub.

Bu barədə XəzərXəbər-ə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər "Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə MİDA tərəfindən "Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən, "MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı "Bank BTB” olub.

31.07.2017-ci il tarixində "MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini imzalamış "Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR