Xəzər Xəbər

"Çelsi" klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

İdman | 09:46 • 3 Dekabr 2020
"Çelsi" klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

İngiltərənin "Çelsi" klubunun futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.


Xezerxeber.az  bu haqda UEFA-nın rəsmi tvitter hesabında məlumat verilib.  34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.


Forvard qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.


Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.



Nərmin Məcidli

Xəbər lenti