"Yuventus" Ronaldosuz oynamağı öyrənməlidir - Pirlo

29.11.2020 16:55

"Yuventus" un baş məşqçisi Andrea Pirlo hücumçu Kriştiano Ronaldonun İtaliya çempionatının 9-cu turunda Benevento ilə matçın (1:1) iştirak ərizəsinə daxil edilməməsindən danışıb.

XəzərXəbər Qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Kriştiano həftənin ortasında bir az çətinlik çəkdi, amma yenə də Çempionlar Liqasında oynamaq istəyirdi. Beynəlxalq fasilədən sonra bir az istirahət etməsi lazım idi.

Ronaldo komanda əlavə bir üstünlükdür, amma onsuz futbol oynamağı öyrənməliyik. "Benevento" ilə matçda vəziyyətə daha yaxşı nəzarət etmək və qol buraxmadan fasiləyə getmək lazım idi. Fasilədən dərhal əvvəl ilk dəfə deyil ki, qol buraxırıq".

Qeyd edək ki, "Yuventus" 9 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 17 xalla 5-cidir.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

26.01.2021 13:02

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR