Xəzər Xəbər

Jerar Pike "Barselona"nın prezidenti olmaq istəyir

İdman | 11:50 • 28 Noyabr 2020
Jerar Pike "Barselona"nın prezidenti olmaq istəyir

İspaniya "Barselona"sının futbolçusu Jerar Pike klubun prezidenti olmaq niyyətindədir.


 33 yaşlı müdafiəçi bu barədə "Marca"ya açıqlamasında məlumat verib.


İspaniyalı oyunçu karyerasını davam etdirdiyi üçün növbəti prezident seçkilərində iştirak edə bilməyəcəyini söyləyib: "Barselona"nın azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Bəlkə də gələcəkdə namizədliyimi verəcəyəm. Həmişə "Barselona"nın prezidenti olmağı arzulamışam. Bu gerçəkləşəcəkmi, bilmirəm".


Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.



(Report.az)

Nərmin Məcidli


Xəbər lenti