Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

27.11.2020 16:43

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlanıb. 

Xezerxeber.az  AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR