Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

UEFA Çempionlar Liqası: 8 qarşılaşma oynanılıb - NƏTİCƏLƏR

25.11.2020 09:15

Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi, H qrupunda mübarizə aparan "Başakşəhər” komandası ötən tur İstanbulda 2:1 hesabı ilə qalib gəldiyi "Mançester Yunayted” klubuna bu dəfə səfər matçında 4:1 hesabla məğlub olub.

Günün digər qarşılaşmaları aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Krasnodar” (Rusiya) - "Sevilya” (İspaniya) - 1:2;

"Renn” (Fransa) - "Çelsi” (İngiltərə) - 1:2.

Qrupda vəziyyət: "Çelsi” - 10, "Sevilya” - 10, "Krasnodar” - 1, "Renn” - 1.

F qrupu

"Latsio” (İtaliya) - "Zenit” (Rusiya) - 3:1;

"Borussiya” (Dortmund, Almaniya) - "Brügge” (Belçika) - 3:0.

Qrupda vəziyyət: "Borussiya” - 9, "Latsio” - 8, "Brügge” - 4, "Zenit” - 1

G qrupu

"Dinamo” (Kiyev, Ukrayna) - "Barselona” (İspaniya) - 0:4;

"Yuventus” (İtaliya) - "Ferensvaroş” (Macarıstan) - 2:1.

Qrupda vəziyyət: "Barselona” - 12, "Yuventus” - 9, "Dinamo” - 1, "Ferensvaroş" - 1

H qrupu

"Mançester Yunayted” (İngiltərə) - "Başakşəhər” (Türkiyə) - 4:1;

"Paris Sen-Jermen” (Fransa) - "Leypsiq” (Almaniya) - 1:0.

Qrupda vəziyyət: "Mançester Yunayted” - 9, "Leyptsiq” - 9, "Paris Sen-Jermen” - 3, "Başakşəhər” - 3.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR