UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi

28.10.2020 16:52

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

XəzərXəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

© xezerxeber.az


367 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR