Millimizin oyunu bu ölkədə keçiriləcək

26.10.2020 17:33

UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR