Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Həbib Nurməhəmmədov qalib gəldi və karyerasını bitirdiyini bəyan etdi

25.10.2020 08:56

"Bu gün demək istəyirəm ki, bu, mənim son döyüşüm idi”.

Xezerxeber.az-ın məlumatına görə, bunu MMA döyüşü üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.
Yüngül çəkidə çıxış edən 32 yaşlı rusiyalı UFC-254-də ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini açıqlayıb: "İstədiyim yeganə şey çəkidən asılı olmayaraq 1-ci olmaqdır. Mən bunu haqq etdim. 29 qələbə və bir dənə də olsun məğlubiyyət yoxdur. Promouşenin rəhbərliyinə, hamıya təşəkkür edirəm”.

Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini də açıqlayıb.

Həbib bunu verdiyi vədlə əlaqələndirib: "Castinlə döyüşə görə UFC-dən mənə zəng edəndə anamla üç gün danışdım. Anama söz vermişdim ki, bu, mənim son döyüşüm olacaq. O istəmirdi ki, mən atasız döyüşüm”.
Qeyd edək ki, bir müddət əvvəl Nurməhəmmədovun atası vəfat edib.

© xezerxeber.az

FOTOQALERIYA






318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR