Türk futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

24.10.2020 13:05

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytında azarkeşlərin səsverməsinin nəticəsinə əsasən, "Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı birinci olub. Türk oyunçu Darvin Nunes ("Benfika), Keleçi İhenaço ("Lester") və Takfusa Kubonu ("Vilyarreal") qabaqlayıb.

Yazıcı "Sparta"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

© xezerxeber.az


321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR