Luis Suares "Atletiko"da

23.09.2020 15:22

"Barselona"nın futbolçusu Luis Suares "Atletiko" ilə müqavilənin detallarını razılaşdırıb.

 

"Marca" xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə 2 illik razılığa gəlib. "Hindular" uruqvaylı futbolçunun performansına görə qarşı tərəfə bonuslar ödəyəcək.

 

Təcrübəli hücumçu madridlilərdən "Yuventus"a icarə əsasında keçən Alvaro Moratanın yerinə komandaya qoşulacaq.

 

Suares ötən mövsüm "Barsa"da keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR