Çempionlar Liqasının pley-off mərhələsi başladı - İlk 3 OYUN

23.09.2020 09:13

UEFA Çempionlar Liqasında pley-off mərhələsi başlayıb.

XəzərXəbər xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Rusiyanın "Krasnodar” klubu təsnifat mərhələsində Yunanıstan PAOK-una qalib gəlib - 2:1.

Avstriyanın "Zaltsburq”u da "Makkabi”yə İsrailin paytaxtı Təl-Əvivdə eyni hesabla qalib gəlib - 2:1.

Çexiyada keçirilən "Slaviya” ilə Danimarkanın "Midtüllann” klubu arasındakı matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

"Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

Qollar: Viktor Klasson, 39 (pen.). Remi Kabella, 70 - Dimitris Pelkas, 32

"Makkabi” (Təl-Əviv, İsrail) - "Zaltsburq” (Avstriya) - 1:2

Qollar: Dan Biton, 9 - Dominik Soboslai, 49 (pen.). Masaya Okuqava, 57

"Slaviya” (Praqa, Çexiya) - "Midtüllann” (Danimarka) - 0:0

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR