38 yaşlı ulduz: “Mən qoca doğulub, cavan ölürəm!”

22.09.2020 13:38

İtaliyanın "Milan” klubunun isveçli futbolçusu Zlatan İbrahimoviç A Seriyasının I turunda "Bolonya” (2:0) ilə görüşdə dubl etməsinə münasibət bildirib.

"Football Italia” xəbər verir ki, 38 yaşlı hücumçu yenə maraqlı açıqlaması ilə diqqəti cəlb edib:

"Yaxşı formadayam, çalışıram, işləyirəm. Bu, mövsümdə yalnız ikinci oyunumdur (digər oyun UEFA Avropa Liqasında olub – S.M.). Qələbə qazandıq, çox da qol vura bilərdik. Əgər 20 yaşım olsaydı, daha iki qol vurardım.

Mən ulduz deyiləm. Mən Bencamin Baton (Bred Pitin 2008-ci ildə oynadığı film qəhrəmanı – S.M.) kimiyəm. Qoca doğulub, cavan ölürəm!

Oyunda məsuliyyəti üzərimə götürmək xoşuma gəlir. Ən böyük təzyiqi mən özüm özümə göstərirəm. İstəmirəm ki, insanlar yaşım haqda danışsın. İstəyirəm ki, mənə hamı ilə eyni səviyyədə yanaşılsın. 38 yaşımın olmasının elə bir əhəmiyyəti yoxdur. 20 yaşımdakı kimi qiymətləndirilməyimi istəyirəm”.

Qeyd edək ki, Zlatan İbrahimoviç bu ilin əvvəlindən "Milan”ın formasını geyinir. O, İtaliya çempionatında 19 oyuna 12 qol vurub. İbrahimoviç avqustun 31-də "Milan”la başa çatmış müqaviləsinin müddətini 2021-ci ilin yayınadək uzadıb.

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR