İlkay Gündoğan koronavirusa yoluxdu

21.09.2020 14:45

Almaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğanda koronavirus aşkarlandı.  

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı türkəsilli alman yarımmüdafiəçi 10 günlük karantinə alınıb. 

Qeyd edək ki, "Mançester Siti" bu gün İngiltərə Premyer Liqasının II turunda "Vulverhempton"la qarşılaşacaq. İlkay Gündoğan 2019/2020 mövsümündə bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub. 

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR