"Çelsi" Mendi transferini tamamladı

21.09.2020 13:28

"Çelsi" Fransanın "Renn" klubunun qapıçısı Eduard Mendini transfer edib.

 

"Sky Sports"  xəbər verir ki, London təmsilçisi 28 yaşlı qolkiperlə 4 illik razılıq əldə edib. "Zadəganlar" Seneqal millisinin üzvünün keçidi üçün 24 milyon avrosundan keçib. Transfer bu həftə açıqlanacaq.

 

"Renn" Mendini 2019-cu ilin yayında "Reyms"dən 4 milyon avroya transfer edib. O, ötən mövsüm Liqa 1-də keçirdiyi 24 oyunda 19 top buraxıb, 9 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR