Cengiz Ünder "Lester Siti"də - RƏSMİ

20.09.2020 15:08

İngiltərənin "Lester Siti" klubu "Roma"nın yarımmüdafiəçisi Cengiz Ündəri məcburi satın alma şərti icarəyə götürüb.

 

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, "tülkülər" bu keçid üçün 3 milyon avro təzminat ödəyib.

 

Premyer Liqa klubu mövsümün sonunda daha 25 milyon avro ödəyib, türkiyəli futbolçunun transfer hüququna yiyələnəcək. Cengizlə mövsümün sonunda 5 illik müqavilə imzalanacaq. Onun illik maaşı 3,5 milyon avro olacaq.

 

"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer edib. 23 yaşlı futbolçu "canavarlar"da keçirdiyi 3 mövsümdə 88 oyuna çıxıb və 17 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

© xezerxeber.az


246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR