"Mançester Siti" "Sevilya"nın futbolçusunu 50 milyona transfer edir

20.09.2020 14:33

"Mançester Siti" "Sevilya"nın müdafiəçisi Jül Kundeni transfer etməyə hazırlaşır.

 

AS nəşri xəbər verir ki, bu keçid üçün "şəhərlilər" 50 milyon avro təzminat ödəyəcək. 21 yaşlı Benin əsilli fransalı futbolçunun transferi növbəti həftə rəsmiləşə bilər.

 

"Sevilya" Kundeni 2019-cu ilin yayında "Bordo"dan 25 milyon avroya transfer edib. Gənc oyunçu Fransanın U-21 millisinin üzvüdür.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR