Fatih Terimdən gözlənilməz qərar

15.08.2020 16:36

"Qalatasaray" Mbaye Caqne barədə qərarını verib.

İstanbul təmsilçisi seneqallı hücumçunu komandada saxlayacaq. Bu qərarı "aslanlar"ın baş məşqçisi Fatih Terim verib. Təcrübəli mütəxəssis forvardı Falkaonun əvəzləyicisi olaraq düşünür.

Qeyd edək ki, ötən mövsüm 16 qarşılaşmada meydana çıxan kolumbiyalı mövsümün yarısını zədəli olaraq keçirdi. Bu səbəbdən də Fatih Terim eyni problemin yenidən yaşanmaması üçün Caqneni komandada saxlayıb.

© xezerxeber.az


542 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR