Klopp ən yaxşı məşqçi seçildi

15.08.2020 15:26

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı məşqçiləri müəyyənləşib.
 
Bu ada "Liverpul"a ölkə çempionluğunu qazandıran Yurgen Klopp layiq görülüb.


Buna Premyer Liqa rəhbərliyi qərar verib. 

Almaniyalı mütəxəssis həmkarları Frenk Lempard ("Çelsi"), Brendan Rojers ("Lester") və Kris Uaylderi ("Şeffild Yunayted") qabaqlayıb.

Qeyd edək ki, "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
 
Fanat.az

© xezerxeber.az


525 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR