Pirlo Merih Dəmiralla bağlı qərar verdi

12.08.2020 18:13

"Napoli" "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək üçün hərəkətə keçib.

XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, Neapol klubu Turin təmsilçisinə bu keçid üçün polşalı hücumçusu Arkadiuş Miliki də verməyə hazır olduğunu bildirib.

Ancaq "qoca sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo türkiyəli müdafiəçinin gələcək planlarında gördüyü üçün bu keçidin baş tutmağına imkan verməyib.

"Yuventus" Dəmiralı 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer edib.

© xezerxeber.az


363 dəfə oxunub

ÇOX OXUNANLAR