Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

10.08.2020 16:05

"Yuventus"un müdafiəçisi Matteys de Liqt noyabra qədər oynaya bilməyəcək.

"Tuttosport" xəbər verir ki, 2019-cu ildə sağ çiynindən aldığı zədəyə görə əziyyət çəkən oyunçu əməliyyat ediləcək.

Turin klubunda əvəzləyicisi olmadığı üçün (Merih Demiral və Corcio Kyellini də zədəlidi) vacib əməliyyata vaxt tapmayan arxa xətt oyunçusu uyğun zamandan faydalanaraq cərrah masasına uzanacaq.

Qeyd edək ki, "Yuventus" iki oyunun nəticəsinə görə "Lion"a uduzaraq (0:1; 2:1) Çempionlar Liqasında mübarizəni dayandırıb. İtaliya təmsilçisinin baş məşqçisi Mauritsio Sarri istefaya göndərilib və bu post Andrea Pirloya həvalə edilib.

Fanat.Az 

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR