Nuri Şahin məşhur Türkiyə klubu ilə anlaşdı

08.08.2020 15:57

Son olaraq Almaniyanın "Verder"(Bremen) klubunda forma geyinən Nuri Şahin Super Liqa komandasına transfer edilir.

"A Spor" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Antalyaspor"un şərəfini qoruyacaq.

Təcrübəli oyunçunun klub nümayəndələri ilə masa arxasına oturduğu və razılığın əldə edildiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Almaniya mediasında Nuri Şahinin "Fənərbağça"ya keçəcəyi barədə xəbərlər yayılmışdı.

Əlavə edək ki, indiyə qədər 378 oyuna çıxan futbolçu 38 qol vurub, 65 məhsuldar ötürmə verib./Offsideplus.az

© xezerxeber.az


415 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR