Arda Turan doğma klubuna qayıtdı - Prezident açıqladı

05.08.2020 21:29

Türkiyənin ən titullu futbol klubu olan "Qalatasaray" sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

Bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz bildirib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.

© xezerxeber.az


343 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR