"Roma" türkiyəli futbolçunu icarəyə verdi

05.08.2020 12:18

"Roma" müdafiəçisi Mert Çetini icarəyə verib.

23 yaşlı müdafiəçi karyerasını A Seriyasının digər klubu "Verona"da davam etdirəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

"Roma" türkiyəli futbolçunu 2019-cu ildə "Gənclərbirliyi"ndən 3 milyon avroya transfer edib. O, ötən mövsüm "canavarlar"da 6 oyun keçirib.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR