"Mançester Siti" Torresin transferini tamamladı

04.08.2020 17:53

"Mançester Siti" "Valensiya"nın futbolçusu Ferran Torresi transfer edib.

 "Şəhərlilər" bu keçid üçün 37 milyon funt-sterlinq təzminat ödəyib. 20 yaşlı sağ cinah vingeri ilə 5 illik müqavilə imzalanıb.

İspaniyalı futbolçu ötən mövsüm "yarasalar"da keçirdiyi 44 oyunda 6 qol vurub, 8 məhsuldar ötrürmə edib.

© xezerxeber.az


321 dəfə oxunub

ÇOX OXUNANLAR