"Çelsi" 10 futbolçusu ilə yolları ayıra bilər

04.08.2020 13:30

"Çelsi" yay transfer pəncərəsində 10 futbolçusu ilə yolları ayıra bilər.

London klubu Markos Alonso, Emerson, Kurt Zuma, Andreas Kristensen, Rossa Barkli, Nqolo Kante, Mişi Batşuayi və Tiemue Bakayoko üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Bundan başqa, "Çelsi" qapıçısı Kepa Arrisabalaqanı icarəyə verə bilər. Premyer Liqa təmsilçisi ilə razılığa gələ bilməyən və "Arsenal"la danışıqlar aparan Villianın da klubdan ayrılması mümkündür.

Qeyd edək ki, "Çelsi" ölkə çempionatında 2019/2020 mövsümün 66 xalla 4-cü pillədə başa vurub.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR