"Mançester Yunayted" Sanço ilə razılığa gəldi - 5 illik müqavilə

04.08.2020 12:51

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sançonun "Mançester Yunayted"ə transferi reallaşmaq üzrədi.

XəzərXəbər "Guardian"ın jurnalisti Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar yekun mərhələdədi. "Mançester Yunayted"in transfer ödənişini tranşlarla etməyi planlaşdırdığı bildirilir.

MY Sanço ilə müqavilənin şəxsi detallarını artıq razılaşdırıb. Sözləşmə 5 illik olacaq. 

"Borussiya" yeni mövsüm hazırlıqlarının başlayacağı 10 avqust tarixinə kimi transferin bitməsini istəyir. Dortmund klubu 20 yaşlı futbolçunun mümkün boşluğunu "Lion"dan Memfis Depayla doldurmaq niyyətindədi.

2019-20 mövsümündə Bundesliqada 32 matçda meydana çıxan Sançonun aktivində 17 qol, 16 məhsuldar ötürmə var.

Fanat.Az

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR