Gündoğan: "Aquerosuz da "Real"ı məğlub edərik"

04.08.2020 11:45

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/8 finalında "Real"la oyun öncəsi açıqlama verib.

Türkiyə əsilli alman futbolçu Madrid təmsilçisini məğlub edəcək gücdə olduqlarını bildirib:

 
"Əlbəttə, Serxio Aquero kimi hücumçumuzun ədəyə görə olmaması üzücüdür. Biz Aquerosuz da "Real"ı yenə bilərik. Ümid edirəm ki, qısa zamanda komandaya qayıdacaq. Zədəlilərimiz olsa da, mübarizəni davam etdirməliyik və əminəm ki, bunu bacaracağıq.

 
Zədələlilərin oynamamasına görə, digər futbolçular önə çıxacaq. Qabriel Jezus əla forvarddır, ancaq ondan başqa da saxta "9 nömrə"lərimiz var. Əgər mənə mövqeyimdən başqa yerdə oynamaq təklif olunsa, əlimdən gələni edəcəyəm. Lazımdırsa, lap saxta "9 nömrə" də olaram".

 
Cütün Madriddə keçirilən ilk görüşündə Mançester təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR