Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"İnter" Antonio Konte ilə yollarını ayırır

03.08.2020 11:56

İtaliya "İnter"inin baş məşqçisi Antonio Konte yaxın günlərdə öz vəzifəsindən ayrıla bilər.

"Sky Italia" nəşri xəbər verir ki, buna səbəb 51 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılığıdır.

Artıq italiyalını əvəzləyəcək yeni baş məşqçinin adı da məlumdur. Rəhbərlik komandanı Kontenin həmyerlisi Massimiliano Alleqriyə həvalə etmək niyyətindədir.

Qeyd edək ki, A.Konte 2019-cu ilin mayından "İnter"in sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında ötən mövsüm İtaliya A Seriyasının gümüş medallarını qazanıb.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR