Pirlo “Yuventus”un baş məşqçisi olacaq

16.07.2020 18:33

Futbol üzrə İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo "Yuventus”un U-23 komandasının baş məşqçisi olacaq.

"Sky Sport” nəşrinin jurnalisti Canluka Di Marsio məlumat verib ki, Turin klubu 41 yaşlı sabiq yarımmüdafiəçi ilə müqavilənin şərtləri barədə razılığa gəlib.

Qeyd edək ki, A.Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR