Tanınmış futbolçuya fəxri doktor adı verildi

15.07.2020 14:42

İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq.

Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar və uşaqların yoxsulluğuna qarşı mübarizə aparması ilə əlaqədar bu ada layiq görülüb.

Reşford ailəsi ilə birlikdə buna görə qürur hissi keçirdiyini bildirib. O deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir.

Qeyd edək ki, Markus Reşford 2015/2016 mövsümündə "Mançester Yunayted"in əsas komandasında debüt dedib. O, klubun heyətində 208 matça çıxıb və 66 qol vurub.

© xezerxeber.az


458 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR