La Liqa: “Real Madrid” növbəti qələbəsini qazanıb

11.07.2020 10:42

İspaniya La Liqasının 35-ci turunun oyunlarına "Real Madrid” - "Deportivo Alaves” görüşü ilə yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, Alfredo Di Stefano stadionunda keçirilən oyun Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri hesabı oyunun 11-ci dəqiqəsində Kərim Benzemanın sayəsində açıblar.

Fasilədən sonra Marko Asensio rəqibin qapısına ikinci topu keçirərək komandasına çempionluq yolunda vacib üç xalı qazandırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 80-ə çatdıran madridlilər turnir cədvəlində liderliyin davam etdirir və əzəli rəqibi "Barselona”dan 4 xal irəlidədir.

"Deportivo Alaves” isə 35 xalla 17-ci yerdə qərarlaşıb.

Növbəti turda "Real Madrid” səfərdə "Qranada”nın qonağı olacaq. "Barselona” isə öz meydanında "Osasuna”nı qəbul edəcək.

© xezerxeber.az

FOTOQALERIYA






194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR