“Neftçi” klubu qapıçısı ilə müqaviləni yeniləyib

10.07.2020 17:09

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Xezerxeber.az kluba istinadla xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci il mövsümünün sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atıb.

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR