Çin 11 tennis turnirindən imtina edib

10.07.2020 16:29

Çin bu il planlaşdırılan tennis turnirlərini təşkil etməyəcək.

Xezerxeber.az xəbər verir ki, ölkədə koronavirusa görə vəziyyətin qeyri-sabit olmasına görə hökumət risk etməmək qərarına gəlib. Plana əsasən, bu il Çində 11 tennis turniri təşkil edilməli idi. Onlardan 4-ü ATP, 7-i isə WTA yarışları idi. Bu turnirlər arasında Şençşjendə keçirilməli olan mövsümlük yekun turniri də var idi.

© xezerxeber.az


231 dəfə oxunub

ÇOX OXUNANLAR