Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi məlum olub

06.07.2020 09:05

İyulun 5-də Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən "Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start götürüb.

Xezerxeber.az xəbər verir ki, gərgin keçən mübarizədə ”Mercedes”in pilotu Valtteri Bottas qalib gəlib. Finlandiyalı pilot bir neçə qəza və komanda yoldaşı Levis Hemiltonun vaxt cərimələrində yararlanaraq, karyerasındakı səkkizinci qələbəyə imza atıb. "Mercedes"in digər pilotu Levis Hemilton günün sonunda dördüncü yerlə kifayətlənməli olub.

Ötən il "Red Bull Ring"dən qələbə ilə ayrılan hollandiyalı pilot texniki nasazlıq səbəbindən yarışı sona qədər davam etdirə bilməyib. Qəza və texniki nasazlıqların çoxluğu nəticəsində yarışa qatılan 20 pilotdan cəmi on biri finiş xəttinə çata bilib.

Qeyd edək ki, iyulun 12-də Formula 1 üzrə dünya çempionatının növbəti dövrəsi də eyni məkanda – Şpilberqdəki "Red Bull Ring" trasında təşkil ediləcək.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR