İtaliya A Seriyası: “Milan” səfərdə “Latsio”nu məğlub edib

05.07.2020 09:14

İyulun 4-də futbol üzrə İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması sayılan görüşdə "Latsio” və "Milan” komandaları üz-üzə gəlib.

"Olimpiko” stadionunda təşkil olunan qarşılaşma "Milan”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində Hakan Çalhanoğlu, Zlatan İbrahimoviç və Ante Rebiç fərqləniblər.

Bu qələbədən sonra xalını 46-a çatdıran "Milan” turnir cədvəlində altıncı yerə yüksəlib. "Latsio” isə 68 xalla 2-ci yerdə qərarlaşıb.

© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR