Türkiyə Superliqası: “Fənərbağça” və “Başakşəhər” qələbə qazanıblar

05.07.2020 09:18

İyulun 4-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" doğma meydanda "Göztəpə"ni qəbul edib.

Xezerxeber.az xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Fərdi Kadıoğlu açıb. Birinci hissənin sonlarında F.Kadıoğlu komandasının və özünün ikinci qolunu vurub. Görüşün 66-cı dəqiqəsində qonaqların yarımmüdafiəçisi Soner Aydoğdu vurulan qollardan birinin əvəzini çıxsa da, "Göztəpə"nin bundan artığına gücü çatmayıb.

Beləliklə, görüş 2:1 hesabı ilə "Fənərbağça"nın xeyrinə bitib.

Günün digər matçlarında "Başakşəhər" səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub edib. "Ankaragücü" isə doğma divarlar arasında 1:4 hesabı ilə "Alanyaspor"a uduzub. "Yeni Malatyaspor" - "Gənclərbirliyi" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bundan əlavə, turda iyulun 5-də "Kasımpaşa" - "Sivasspor", "Konyaspor" - "Rizəspor", "Qalatasaray" – "Trabzonspor" komandaları qarşılaşacaq. XXX tura iyulun 6-da "Kayserispor" –"Beşiktaş" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 58 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (49 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.

© xezerxeber.az

FOTOQALERIYA






139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR