“Çelsi” qələbə qazanaraq yenidən dördüncü yerə yüksəlib

05.07.2020 09:05

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Çelsi” klubu doğma azarkeşlər önündə "Vatford” komandasını qəbul edib. "Stenford Bric” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Olivye Giru, Villian və Ros Barkli fərqləniblər.

Bu qələbədən sonra xalını 57-ə çatdıran "Çelsi” turnir cədvəlində yenidən üçüncü pilləyə yüksəlib. "Vatford” isə 28 xalla 17-ci yerdə qərarlaşıb.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR