Sneyder qayıdır - Bu klubdan təklif var

04.07.2020 16:58

Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder karyerasını bərpa edə bilər.

AS nəşri xəbər verir ki, "Utrext" Sneyderə müqavilə təklif edib. 36 yaşlı futbolçu karyerasını bərpa etməyi planlaşdırır.

Snyder 2019-cu ilin avqust ayında peşəkar futbolla vidalaşmışdı. O, "Ayaks", "Real", "İnter", "Qalatasaray" və "Nitsa" kimi klublarda çıxış edib.

Daha öncə Aryen Robben "Qroningen"lə anlaşdığını və professional futbola qayıtmağa cəhd edəcəyini açıqlamışdı.

Fanat.Az

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR