Pep Qvardioladan Ceydon Sanço açıqlaması

04.07.2020 16:17

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola adı komanda ilə hallanan "Borussiya"nın vingeri Ceydon Sançonun mümkün transferi barədə danışıb

İspaniyalı mütəxəssis 20 yaşlı futbolçunun "şəhərlilər"ə qayıtmayacağını deyib:

 
"Ceydon Sanço klubumuzdan getməyə qərar vermişdi və indi niyə qayıtsın ki? O, "Borussiya"ya iki il sonra geri dönmək üçün yollanmayıb. Bu, məntiqli deyil. Klubumuzda olmağı özü istəmədi və komandaya qayıtmayacaq".

"Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer etmişdi. 20 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 assist edib.

© xezerxeber.az

FOTOQALERIYA






133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR