"Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver

04.07.2020 15:12

"Barselona" "Yuventus"la növbəti transfer əməliyyatı reallaşdırmaq istəyir.

Katalonlar Turin təmsilçisindən Duqlas Kosta və Adrien Rabyönü istəyir. "Barsa" bu futbolçuların əvəzində qarşı tərəfə hücumçusu Antuan Qrizmannı vermək fikrindədir.

"Yuventus" bu təklif barədə düşünmək üçün vaxt istəyib.

İspaniya mətbuatının məlumatına görə, Qrizmann komandada xoşbəxt deyil və ayrılmaq fikrindədir. "Barselona" fransalı futbolçunu 2019-cu ildə "Atletiko"dan 120 milyon avroya transfer edib. 29 yaşlı futbolçu bu mövsüm 43 oyunda 14 qol vurub, 4 assist edib.

Daha öncə "Barselona" və "Yuventus" yarımmüdafiəçiləri - Artur Melo ilə Miralem Pyaniçi dəyişmişdilər.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

04.08.2020 11:52

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR