Messinin "Barselona"dan ayrıldıqdan sonra bu kluba keçəcəyi gözlənilir

04.07.2020 14:23

Lionel Messinin "Barselona" ilə yeni müqavilənin danışıqlarını dayandırdığı barədə xəbər vermişdik.

La Liqada lider "Real"dan 4 xal geri düşən "Barselona"da rəhbərlik və baş məşqçi Kike Setyenlə münasibətləri yerində olmayan argentinalı ulduz müqaviləsi bitdikdən sonra klubdan ayrılacaq. 

Messinin karyerasını "Mançester Siti"də davam etdirəcəyi bildirilir. Bu iddia ilə "Fox America"nın jurnalisti Kristian Martin çıxış edib. O, argentinalının keçmiş məşqçisi Xosep Qvardiolanın komandasında davam etdirə biləcəyini bildirib.

Lionel Messi cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 37 oyunda 27 qol vurub, 22 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, son günlər "Barselona" ətrafında qalmaqallar səngimir. Futbolçularla rəhbərlik və baş məşqçi arasında problemlər mövcuddur. Mənfi ab-hava Lionel Messini bezdirib. Onu ən çox narahat edən isə bütün münaqişələrin səbəbkarı hesab edilməsidir. Həm məşqçilər heyəti, həm rəhbərlik, həm də Qrizmannla bağlı qalmaqallarda argentinalının adı hallanır. Messinin qərarı barədə komanda yoldaşlarını məlumatlandırığı bildirilir. Daha əvvəl isə klubla Messi arasında yeni müqavilənin razılaşdırıldığı barədə məlumat yayılmışdı. 1+1 seximi ilə bağlanacaqğı gözlənilən yeni müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu. Messiyə hər mövsüm müqaviləni iyunun 10-na qədər birtərəfli qaydada poza bilmək hüququ verilidi. Maliyyə şərtləri isə əvvəlki kimi qalacaqdı. Messinin "Barselona” ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədərdir./Offsideplus.az

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR