"Borussiya"dan 23 milyon avroluq transfer

03.07.2020 12:06

"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

XəzərXəbər "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidini 23 milyon avroya həll edib. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 38 oyunda 4 qol vurub, 3 assist edib.

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR